Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının növbəti iclası bu ilin sonunda keçiriləcək

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının növbəti iclası bu ilin sonunda keçiriləcək
# 20 fevral 2013 12:32 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Bu ilin IV rübündə Daşkənddə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.

APA-Economics”in xəbərinə görə, komissiyanın 10-cu iclası 9 oktyabr 2012-ci ildə Bakıda keçirilib.

Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin payı 21 mln. dollar təşkil edib. Bunun 16,4 mln. dolları ixracın, 4,6 mln. dolları idxalın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR