İDEX-2013 sərgisi başa çatıb - FOTO

İDEX-2013 sərgisi başa çatıb - <span style="color: red;">FOTO
# 22 fevral 2013 12:32 (UTC +04:00)

Əbu Dabi. Rəşad Süleymanov, Şamil Əlibəyli - APA. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabi şəhərində keçirilən İDEX-2013 və NAVDEX-2013 beynəlxalq müdafiə sərgisi başa çatıb.

APA-nın Əbu Dabi-də olan əməkdaşlarının verdiyi məlumata görə, sərgidə dünyanın 60 ölkəsində istehsalçı şirkətlər öz məhsul və xidmətlərini təqdim edib.

Sərgidə ABŞ 169, BƏƏ 144, İngiltərə 84, Fransa 70, Almaniya 69, Türkiyə 45 firma ilə təmsil olunub. İDEX-2013 sərgisində postsovet məkanından Rusiya 39, Ukrayna 20, Belarus 11, Estoniya isə 1 şirkətlə təmsil olunub. Sərgiyə Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətləri ziyarətçi qismində qatılıblar.

Ümumilikdə sərgi müddətində Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri müxtəlif şirkətlərlə dəyəri 19 müqavilə imzalayıb. Bu il sərginin yenilikləri sırasında ayrıca pilotsuz uçuş aparatları və helikopter pavilyonlarının yaradılması olub. Sərginin davam etdiyi müddətdə kompleks ərazisində müxtəlif hərbi texnikaların iştirakı ilə şoular göstərilib. Bu şoularda ilk dəfə olaraq Rusiyanın sərgiyə çıxardığı T-90MS tankı praktiki olaraq müxtəlif elementləri icra edib.

İDEX-2013 sərgisində diqqət çəkən başqa bir məqam isə 2011-ci ildəkindən fərqli olaraq, bu dəfə uzaqdan komandalı aparatların daha çox təqdim edilməsi olub. Sərgidə eyni zamanda müxtəlif növ yeni nəqliyyat vasitələri də sərgilənib.

Qeyd edək ki, APA-nın əməkdaşlarının sərgidə iştirakına Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi texnikaların istehsalı sahəsində tərəfdaşı, CAR-ın “Paramount Group” şirkəti dəstək verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR