Azərbaycan Beynəlxalq Bankı: Beynəlxalq Valyuta Fondunun tövsiyələri əsassızdır

Azərbaycan Beynəlxalq Bankı: Beynəlxalq Valyuta Fondunun tövsiyələri əsassızdır
# 29 mart 2013 13:18 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu ABB-nin İdarə Heyətinin sədr müavini Rəşad Hacıyev bildirib.

R.Hacıyev qeyd edib ki, Bank son bir neçə il ərzində BVF-nin missiyaları ilə daim görüşür və bu görüşlərdə ABB və ölkənin bank sistemi haqqında bütün lazımi məlumatları təqdim edir.

Lakin R.Hacıyev təəssüflə vurğulayır ki, müəyyən məsələlərdə deklarativ olan, dərin olmayan və ildən ilə dəyişməyən, hətta çox hallarda faktlarla təsdiq olunmayan BVF missiyalarının bəyanat və tövsiyələri müəyyən dərəcədə öz aktuallığını itirib. Misal kimi o, BVF tərəfindən Azərbaycan iqtisadiyyatının difersifikasiya edilməsi və bank sisteminin kapitallaşdırılması ilə bağlı tövsiyələrini gətirib ki, bu tövsiyələr artıq son bir neçə ildir dəyişmir. R.Hacıyev həmçinin vurğulayır ki, bankın kapitallaşmasının artırılmasını tövsiyə edən BVF eyni zamanda ABB-nin restrukturizasiyası, kiçildilməsi və xırdalanmasını tövsiyə edir ki, bu, BVF-nin bank sisteminin möhkəmləndirilməsi məsələsinə zidd mövqedən çıxış etdiyini göstərir.

«Hər görüşdə biz missiyadan bankın xırdalanmasının məqsədinin səbəbini soruşuruq, lakin suallarımıza heç bir cavab ala bilmirik. Bizə yalnız ehtimal və güman etmək qalır. Məsələn, əgər qeyri-sağlam aktivlərin sağlam aktivlərdən ayrılması nəzərdə tutulursa, bu, ABB-yə tətbiq edilə bilməz, çünki bankın qeyri-sağlam aktivləri yoxdur. Halbuki bəzilər qeyri-sağlam aktivlərin olduğunu sübut etmək istəyib, lakin belə aktivlər olmadığına görə, bu, mümkün olmayıb», - deyə R.Hacıyev bildirib.

Onun sözlərinə görə, Bankın əmanətçiləri, müştəriləri və tərəfdaşları bilmədirilər ki, ABB-nin portfelində nəzərə çarpan həcmdə qeyri-sağlam aktivlər yoxdur və bunu Bankın gəlirliyi, kapitallaşması və aktivlərin keyfiyyəti üzrə göstəricilər də sübut edir. «Konsolidasiya proseslərini təklif etməkdənsə, missiya ölkənin ən iri bankını restukturizasiyası və xırdalanmasını təklif edir ki, bu da qaçılmaz olaraq bütün bank sisteminin zəifləməsinə səbəb olacaq», - deyə R.Hacıyev vurğulayıb.

R.Hacıyev həmçinin bəyan edib ki, ABB Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər beynəlxalq və regional inkişaf bankları, bir sıra inkişaf etmiş ölkələrin ixrac-kredit agentlikləri ilə əməkdaşlıq təcrübəsinə malikdir və faktiki olaraq ölkənin inkişaf bankı qismində edir. Bununla da Bank ölkə iqtisadiyyatının vacib sahələrinin kreditləşməsi üzrə riskləri öz üzərinə götürür. Bundan əlavə, həmin əməkdaşlıq Azərbaycana ucuz və uzunmüddətli maliyyə resurslarının cəld edilməsinə imkan verir ki, bu resurslar sonradan ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına yönəldilir.

Qeyd edilir ki, son 12 il ərzində ABB-nin aktivləri 25 dəfə, kredit portfeli 30 dəfə, müştəri depozitləri 58 dəfə, nizamnamə kapitalı isə 148 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR