Azərbaycanın Litvadakı səfiri Litva Seyminin komitə sədri ilə görüşüb - FOTO

Azərbaycanın Litvadakı səfiri Litva Seyminin komitə sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 21 dekabr 2012 08:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin (parlamentinin) Xarici əlaqələr komitəsinin sədri Benediktas Yuodka ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı Seymə keçirilən seçkilərdən sonra Azərbaycan və Litva parlamentləri arasında əlaqələr, regional və beynəlxalq təşkilatlarda, xüsusilə Avropa Şurası Parlament Assambleyasinda hər iki ölkənin nümayəndələri arasında əməkdaşlıq, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanla Litva arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün yeni formalaşan Seymin fəallıq göstərməsi və bununla bağlı əlaqələrin koordinə edilməsi barədə razılığa gəlinib.

Qeyd etmək lazımdır ki, hazırda Litva seymində Azərbaycanla dostluq qrupunun 47 üzvü var. Bu rəqəmin artması gözlənilir. Seymin ötən çağırışında dostluq qrupunun 21 üzvü olub. Dostluq qrupunun sədri hakim partiya olan Litva Sosial-Demokrat Partiyasının fəal üzvü Yuras Pojela, sədr müavini isə Litva Xristian Demokrat (Konservator) Partiyasından Mantas Adomenasdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR