Xırdalanda sahibkarlar üçün treninq keçirilib

Xırdalanda sahibkarlar üçün treninq keçirilib
# 14 mart 2013 15:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Xırdalan şəhərində sahibkarlar üçün treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları», «İdxalı əvəz edən məhsulların istehsalının və ixracının stimullaşdırılması» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında keçirilən treninqlərdə Xırdalan şəhərində fəaliyyət göstərən 30-dan çox sahibkar iştirak edib.

Tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramının («GSP+»), bu sistemin biznes üçün potensial faydası, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, daxili istehsalın keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.

Treninq iştirakçıları həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, elektron ticarət və onun əhəmiyyəti və s. barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR