Təhsil naziri Mikayıl Cabbarov Türkiyə nümayəndə heyətini qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Türkiyə nümayəndə heyətini qəbul edib
# 23 aprel 2013 11:29 (UTC +04:00)

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Mikayıl Cabbarov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa əsaslanan münasibətlərə xüsusi önəm verdiyini bildirib. Nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu nəzərə çatdırıb. Azərbaycanda təhsilin, insan kapitalının inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdıran nazir bu baxımdan azərbaycanlı tələbələrin Türkiyə universitetlərində prioritet ixtisaslar üzrə oxumasının səmərəli əməkdaşlığa əsaslanan münasibətlərə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Kamal Yurtnac isə görüşdə Türkiyənin ali təhsil sahəsində əldə etdiyi təcrübənin Azərbaycanla qarşılıqlı əməkdaşlıqda tələbə mübadiləsinin əhəmiyyətindən bəhs edib. Kamal Yurtnac bu il Türkiyə universitetlərində oxumaq istəyən 150 azərbaycanlı tələbə üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğunu söyləyib. Komitə sədri aparılacaq seçimlərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticələrinə və müvafiq mütəxəssislərdən ibarət komissiyanın rəyinə əsasən müəyyənləşdiriləcəyini qeyd edib. Qonaq, həmçinin azərbaycanlı tələbələrə Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq və müvafiq ixtisaslar üzrə seçim etmək imkanı yaradılacağını nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR