Misirdə polislə müxalifət arasında toqquşmalarda 13 nəfər xəsarət alıb

Misirdə polislə müxalifət arasında toqquşmalarda 13 nəfər xəsarət alıb
# 07 aprel 2013 03:47 (UTC +04:00)

Bakı-APA. Misirin bir neçə şəhərində polislə “6 aprel” radikal müxalifət hərəkatının tərəfdarları arasında baş vermiş toqquşmalarda 13 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Respublika Təcili Yardım Xidmətinin rəhbəri açıqlamasında bildirib.

Ən şiddətli toqquşmalar Qahirə şəhərindəki Ali məhkəmə binasının qarşısında baş verib. Polisin məlumatına görə, etirazçılar binaya yandırıcı maye ilə doldurulmuş şüşə qabları atmağa cəhd ediblər. Radikal hərəkatın bir neçə üzvü saxlanılıb.

“6 aprel” radikal gənclər hərəkatının tərəfdarları “Qəzəb günləri” adlandırdıqları aksiyanı 4 gün davam etmək niyyətindədir. Radikal gənclər bu yolla indiki hakimiyyətin apardığı siyasətə qarşı etirazlarını bildirir. Hərəkat tərəfdarlarının fikrincə, hakimiyyətin siyasəti “Müsəlman qardaşlar” islam hərəkatının diktəsi ilə həyata keçirilir.

Qeyd edək ki, “6 aprel” radikal gənclər hərəkatı 2011-ci il inqilabı zamanı Hüsnü Mübarəkin istefası ilə nəticələnən izdihamlı mitinqlərin təşkilində əsas rol oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR