Ucar sakini 50 yaşlı həyat yoldaşını amansızlıqla qətlə yetirib

Ucar sakini 50 yaşlı həyat yoldaşını amansızlıqla qətlə yetirib
# 15 fevral 2013 20:56 (UTC +04:00)

Ucar. Elvin Yaqubov, Zahid Abışov-APA. Ucar rayonunda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə hadisə fevralın 15-də axşam saat 22:30 radələrində Ucar şəhərinin 20 Yanvar küçəsindəki 57 saylı mənzildə qeydə alınıb. Ev sahibi 1956-cı il təvəllüdlü Əsgərov Yamən Əlihəsən oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1963-cü il təvəllüdlü Əsgərova Sahibə Məmməd qızını bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə öldürüb. Üç uşağı və dörd nəvəsi olan 50 yaşlı qadının qətlinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ucar rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR