DİN: Ötən gecə Bakıda baş verən silahlı insidentlə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb

DİN: Ötən gecə Bakıda baş verən silahlı insidentlə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb
# 06 fevral 2013 07:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ötən gecə Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

O, qeyd edib ki, mətbuatda bu barədə yayılan informasiyalar şişirdilib: “Bu, sırf xuliqanlıq hadisəsidir. Belə ki, fevralın 5-də saat 22.30 radələrində Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən «Elbaro» restoranında Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həsənov Samir Budaq oğlu xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğlunu və onun oğlu, 1993-cü il təvəllüdlü Emini yaralayıb. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Samir Həsənov tutulub.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR