Bakıda xaricdə təhsillə bağlı sərgi keçirilir - FOTOSESSİYA

Bakıda xaricdə təhsillə bağlı sərgi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 13 aprel 2013 11:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda 2013-cü ilin ən böyük «Xaricdə təhsil sərgisi» işə başlayıb. APA-nın xəbərinə görə, sərgidə 19 ölkənin 80 ali təhsil ocağı təmsil olunur.

Sərginin təşkilatçıları bildiriblər ki, Azərbaycan gəncləri hər zaman xaricdə təhsil almağa xüsusi diqqət göstərirlər. Bakıda hər il 2-3 dəfə keçirilən sərgilərin də əsas məqsədi azərbaycanlı tələbələri xaricdə təhsillə bağlı daha ətraflı məlumatlandırmaq və onların xaricdə oxumasını təmin etməkdən ibarətdir.

Bugünkü sərgidə Avstraliya, İngiltərə, İsveç, Şimali Kipr, Belarus, İtaliya, Kanada, Malayziya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və bir sıra digər ölkələrin universitetləri, dil kursları və şirkətləri iştirak edir. Sərgi çərçivəsində tələbələrə xaricdə təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, təqaüdlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaq.

Qeyd edək ki, sərgi bu gün və sabah saat 13:00-dan 18:00-a kimi «Hilton» otelində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR