Ombudsman Aparatının əməkdaşları 26 yanvar aksiyası zamanı saxlanılan şəxslərlə görüşüblər

Ombudsman Aparatının əməkdaşları 26 yanvar aksiyası  zamanı saxlanılan şəxslərlə görüşüblər
# 28 yanvar 2013 14:40 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparatın əməkdaşları 26 yanvar 2013-cü il tarixdəki aksiya zamanı saxlanılan şəxslərlə görüşüb, onlara qarşı rəftarı, saxlanılma şəraitini və saxlanılmanın qanuniliyini təsdiq edən sənədləri araşdırıblar.

İnzibati qaydada həbs olunmuş Emin Milli, Əbülfəz Qurbanlı, Tuncay Quliyev, Rüfət Abdullayev və Türkel Azərtürklə söhbət zamanı həmin şəxslər saxlanıldıqları müəssisədə şəraitdən və onlara qarşı rəftardan şikayət etməyib, məhkəmə qərarlarından narazı olduqlarını bildiriblər.

Saxlanılma yerinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR