Azərbaycan əhalisinin sərəncamda qalan gəlirləri I rübdə 5,5% artıb

Azərbaycan əhalisinin sərəncamda qalan gəlirləri I rübdə 5,5% artıb
# 16 aprel 2013 14:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5,9% artaraq 7,7 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi isə orta hesabla 836,4 manat təşkil edərək 4,5% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə gəlirlərin 70,8%-i son istehlak xərclərinə, 9,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 17,9%-i isə yığıma yönəldilib.

«Əhalinin sərəncamda qalan gəlirləri 7 mlrd. manat təşkil edib və əvvəlki ilin yanvar-mart aylarına nisbətən 5,5% çox olub», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR