Azərbaycan Prezidenti Venesuelanın vitse-prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti Venesuelanın vitse-prezidentinə başsağlığı verib
# 06 mart 2013 16:13 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının prezidenti Uqo Çavesin vəfatı ilə əlaqədar bu ölkənin vitse-prezidenti Nikolas Maduro Morosa başsağlığı verib. APA-nın xəbərinə görə, başsağlığı mesajında deyilir:

“Hörmətli cənab vitse-prezident. Venesuela Bolivar Respublikasının prezidenti, görkəmli dövlət xadimi Uqo Rafael Çaves Friasın vəfatı xəbərindən son dərəcə kədərləndim. Uqo Rafael Çaves Frias həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də Latın Amerikası dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər görüb. İnanıram ki, onun əziz xatirəsi Venesuela xalqının yaddaşında əbədi qalacaq. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR