ABŞ-ın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
# 22 fevral 2013 10:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Sevindirici haldır ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının iki müavini ABŞ-da təhsil alan gənclərdir”. APA-nən qərb bürosunun verdiyi məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Gəncəyə səfəri çərçivəsində 30-a yaxın xaricdə təhsil alan gənclə görüşüb və onlarla bir sıra mövzularda müzakirə aparıb.

Səfir Gəncədə olan ABŞ Sülh Korpusunun nümayəndələri ilə də görüşdüyünü söyləyib: “Biz Sülh Korpusunun işindən razıyıq. Ümumilikdə Azərbaycan üzrə təxminən 100-ə yaxın, Gəncədə isə 6 Sülh Korpusu könüllüsü fəaliyyət göstərir. Onların fəaliyyəti bir sıra cəhətdən əhəmiyyətlidir. Birincisi, onlar bölgələrdə ingilis dilinin tədrisini həyata keçirirlər. Eyni zamanda bu, Gəncə sakinlərinə sadə Amerika vətəndaşları ilə bilavasitə təmasda olmaq və onlarla görüşmək imkanı verir”.

R. Morninqstar “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində, Amerika Mərkəzində, Gəncə Dövlət Universitetində bir sıra görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR