Azərbaycanda sosial sığorta haqlarının ödənilməsində işçi və işəgötürənlərin payı eyniləşəcək

Azərbaycanda sosial sığorta haqlarının ödənilməsində işçi və işəgötürənlərin payı eyniləşəcək
# 20 fevral 2013 14:44 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda sosial sığorta haqlarının dərəcəsi 25% təşkil edir və bunun 22%-i işəgötürən, 3%-i isə işçi tərəfindən ödənilir.

S.Müslümov bildirib ki, hazırda Avropa ölkələrinin əksəriyyətində sığorta ödəmələrinin yarısını işçi, yarısını isə işəgötürən ödəyir: «MDB ölkələrində də bu sistemin tətbiqinə başlanılıb. Məsələn, Qazaxıstanda 11%-ni işəgötürən, 10%-ni işçi ödəyir, Qırğızıstanda 26%-in 8%-ni işçi ödəyir və s. Biz də tədricən bu sistemə yaxınlaşmalıyıq. Çünki Azərbaycanda Pensiya təminatı sisteminin islahatı Konsepsiyası qəbul ediləndən sonra sistem Avropa ölkələrinin təcrübəsinə uyğun olacaq».

Fond rəhbəri bildirib ki, Azərbaycanda da sosial sığorta haqlarının ödənilməsində işçi ilə işəgötürənin payının eyni – 12,5% olması nəzərdə tutulur. Lakin buna keçid tədricən həyata keçiriləcək: «Əmək haqları artdıqca, tədricən 3%-i 5% etmək, 5%-i 8% etmək və sonda 12,5%-ə çatdırmaq lazımdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR