Dələduzluğa görə axtarışda olan qadın həbs edilib

Dələduzluğa görə axtarışda olan qadın həbs edilib
# 01 aprel 2013 10:49 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə dələduzluqda təqsirləndirilən qadın saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, martın 20-dən axtarışda olan, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan, Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan, 1967-ci il təvəllüdlü Səidə Əliyeva yaxalanaraq istintaqa təhvil verilib. Məlumata görə, S. Əliyeva Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törədən) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə axtarışda olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR