«Bank Standard»ın «Facebook» səhifəsində hədiyyəli virtual oyuna start verilib

«Bank Standard»ın «Facebook» səhifəsində hədiyyəli virtual oyuna start verilib
# 27 fevral 2013 08:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC fevralın 27-dən etibarən özünün «Facebook» sosial şəbəkə səhifəsində «Balıq balığı udmasa dəryanı balıq tutar» şüarı altında «Biznes rəqabət» adlı hədiyyəli virtual oyuna start verib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, virtual oyunun əsas məqsədi «Bank Standard»ın mövcud və potensial müştərilərinin bankın məhsul, xidmət və uduşlu aksiyaları haqqında məlumatların yer aldığı «Facebook» sosial şəbəkə səhifəsinə diqqətini artırmaqdır.

Üç ay ərzində keçiriləcək onlayn oyun çərçivəsində hər həftə ən çox xal toplamış bir nəfər qalib müəyyən ediləcək. Qalibinin adı hər həftənin bazar ertəsi günü açıqlanacaq. «Bank Standard»dan qaliblərə balansında 100 manat olan «MasterCard Standard» kartı hədiyyə olunacaq. İştirakçılar yalnız bir dəfə qalib ola bilər.

Oyunun şərtləri ilə tanış olmaq və oyunda iştirak etmək üçün bu ünvana daxil olmaq tələb olunur: https://www.facebook.com/BankStandard.KB/app_545473488807835.


«Bank Standard»ın məhsul və xidmətləri haqda məlumatları bankın «Facebook» səhifəsi (http://www.facebook.com/BankStandard.KB) ilə yanaşı, www.bankstandard.com saytından və gecə-gündüz fəaliyyət göstərən 158 nömrəli Telefon Məlumat Xidməti kimi ənənəvi kanallardan əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR