Temperatur rejimi və yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərində fəal vegetasiyanı zəiflədəcək

Temperatur rejimi və yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərində fəal vegetasiyanı zəiflədəcək
# 23 aprel 2013 10:49 (UTC +04:00)

Departamentdən APA-ya verilən xəbərə görə, respublikanın əksər rayonlarında aprelin 24-dək gözlənilən iqlim normasından aşağı temperatur rejimi və yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərində fəal vegetasiyanı zəiflədəcək.

Belə hava şəraiti bir çox aran rayonlarında torpaqda kifayət qədər istilik çatışmazlığı yaratmaqla çiyid və qarğıdalı səpinini gecikdirəcək. Bəzi yerlərdə intensiv yağıntılar, dağətəyi rayonlarda gecə temperaturun mənfi hədlərə enmə ehtimalı meyvə ağacları üçün çiçəklənmə şəraitini çətinləşdirəcək. Lakin yağıntılar torpağın nəmlənmə şəraitini yaxşılaşdıraraq payızlıq dənli əkinlərə, çəmənlik və qışlaqlarda ot örtüyünün gələcəkdə boy atmasına müsbət təsir edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR