Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 29 aprel 2013 09:28 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 18-23, bəzi yerlərdə 25-27 dərəcə isti olacaq.

Mayın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman qeydə alınacaq. Havanın temperaturu Aran rayonlarında 8-13 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Mayın 1-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 9-14, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti təşkil edəcək.

Aprelin 30-dan mayın 3-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR