«Standard&Poor's» agentliyi «Azərenerji»yə reytinq verib

«Standard&Poor
# 14 fevral 2013 10:53 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, Agentliyin məlumatında deyilir ki, şirkətin reytinqləri Azərbaycan dövlətinin suveren reytinqinə bərabərləşdirilib.

Məlumata əsasən, bu dərəcədə yüksək reytinq şirkətin hökumət tərəfindən dəstəklənməsi və zəruri hallarda bu dəstəyin şərtsiz veriələcəyinə əminliyi əks etdirir. Bununla yanaşı qeyd olunur ki, əvvəllər hökumət tərəfindən göstərilən maliyyə dəstəyi ilə şirkətin borcları silinib və vergi ödənişləri üçün müəyyən möhlət verilib. Məsələn, 2010-cu ildə «Azərenerji»nin Dövlət Neft Şirkətinə 2 mlrd. dollarlıq borcunun silinməsi ilə bağlı qərar qəbul edilib. Bundan başqa, ASC-nin digər qurumlara olan borcları da silinib.

Agentliyin məlumatına görə, 2013-2015-ci illər üçün 2,250 mlrd. manat dəyərində investisiya proqramının reallaşması üçün 2,130 mlrd. manat məhz dövlət büdcəsindən ayrılacaq.

Qeyd edək ki, 2012-ci ildə «Azərenerji» ASC-yə «Fitch Rating» agentliyi tərəfindən «BBB-/Sabit proqnoz» reytinqini təyin edib, bu da Azərbaycanın reytinqi ilə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR