Sorğu: «Bank of Baku» 2012-ci ilin ən sevilən bankı seçilib

Sorğu: «Bank of Baku» 2012-ci ilin ən sevilən bankı seçilib
# 06 fevral 2013 10:30 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Facebook» sosial şəbəkəsində keçirilmiş sorğuda iştirak edən respondentlərin əksəriyyətinin rəğbətini qazanıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, şəbəkə istifadəçilərinə ünvanlanan «2012-ci ilin ən yaxşı bankı hansı bankı seçərdiniz?» sualına verilən cavabların nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 29%-i «Bank of Baku»nun fəaliyyətini bəyənib.

Beləliklə, onlayn sorğuda digər bankları əminliklə qabaqlayan «Bank of Baku» birinci yerdə qərarlaşıb. Bildirildiyinə görə, «Bank of Baku» ən yüksək yerə sosial şəbəkədə qurduğu fəaliyyət, müştərilərə yönəlmiş yeni məhsul və kampaniyaların təşkili, müraciətlərin çevik cavablandırılmasına görə sosial şəbəkə istifadəçilərinin ən sevimli bankına çevirib.

«Bank of Baku»nun onlayn sorğuda birinci yerdə qərarlaşması ilə əlaqədar bankın sədr müavini Abbas İbrahimov bildirib ki, təmsil etdiyi bank ilk dəfə deyil ki, sosial şəbəkə istifadəçiləri tərəfindən bank sektorunun lideri seçilir: «Keçən il keçirilən sorğuda da ən çox bəyənilən bank məhz «Bank of Baku» olub. Bu, gənc nəslin bizə etibarının göstəricisidir və son bir neçə il ərzində onlara təqdim edilən məhsul və layihələrimizin bəyənildiyi anlamına gəlir. Yeri gəlmişkən, öncədən də elan etdiyimiz kimi bir neçə gün ərzində «Facebook» sosial şəbəkəsinin istifadəçiləri üçün çox maraqlı «Fan Kredit» layihəmiz start götürəcək».

«Bank of Baku»nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın http://www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsinə baş çəkə və ya 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR