«Amrahbank»ın aktivləri son bir ildə 33% artıb

«Amrahbank»ın aktivləri son bir ildə 33% artıb
# 13 fevral 2013 10:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Amrahbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 113,040 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32,8% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 52,0% artaraq 76,617 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 47,656 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 48,1% çoxdur.

Bankın depozit portfeli 2012-ci ildə 28,0% artaraq 72,219 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 43,926 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,3% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 23,2% artaraq 25,949 mln. manat, o cümlədən nizamnamə kapitalı 17,0% artaraq 17,256 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 39,8% artaraq 36 682, o cümlədən fiziki şəxslərin sayı 40,7% artaraq 35 769, hüquqi şəxslərin sayı 11,8% artaraq 913 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 3 586 ədəd təşkil edib ki, bu da illik müqayisədə 2,6% azdır. O cümlədən, debet kartların sayı 2012-ci ildə 17,6% azalaraq 2 837-yə, kredit kartların sayı 3,1 dəfə artaraq 749-a çatıb.

Hazırda bankın ölkə üzrə 19 filialı, 22 bankomatı, 538 POS-terminalı fəaliyyət göstərir. Bankın 308 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR