İntensiv yağışlar sürüşmə sahələrinə cüzi təsir göstərib

İntensiv yağışlar sürüşmə sahələrinə cüzi təsir göstərib
# 24 aprel 2013 13:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Son günlər yağan yağıntılar sürüşmə sahələrinə cüzi təsir göstərib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov bildirib.

Onun sözlərinə görə, yağışlar sürüşmə zonalarına ciddi təsir etməsə də, istənilən halda aktivliyi artırır: “İstənilən halda intensiv yağışlar sürüşmə zonalarında aktivliyi artırır və yağışlar davam edərsə, təhlükə arta bilər. Hazırda Masazırdakı sürüşmə sahəsində aktivlik davam edir və vəziyyət gərgin olaraq qalmaqdadır. Digər sürüşmə sahələrində isə vəziyyət stabil olaraq qalır”.

Qeyd edək ki, aprelin 23-ü axşamdan 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılar şimal və şərq rayonlarında intensiv olub. Ən çox düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında qeydə alınıb.

Ən çox düşən yağıntının miqdarı Sumqayıtda 30 mm (aylıq normanın 130 faizi), Bakıda 26 mm (aylıq normanın 113 faizi), Maştağada 23 mm (aylıq normanın 25 faizi), Pirallahıda 16 mm (aylıq normanın 82 faizi), Çilov adasında 16 mm (aylıq normanın 89 faizi), Qubada 37 mm (aylıq normanın 77 faizi), Altıağacda 18 mm, Xaçmazda 17 mm, digər rayonlarda isə 1-13 mm olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR