Əhməd Vahidi: “ABŞ-ın İranla birbaşa danışıqlar təklifi demaqogiyadır”

Əhməd Vahidi: “ABŞ-ın İranla birbaşa danışıqlar təklifi demaqogiyadır”
# 14 fevral 2013 11:18 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ABŞ-ın İranla birbaşa danışıqların aparılmasını təklif etməsi heç bir nəticə verməyəcək demaqoqiyadır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın müdafiə naziri Əhməd Vahidi deyib.

O bildirib ki, ABŞ bu təklifində nə dərəcədə səmimi olduğunu sübut etməlidir: “ABŞ səmimiyyətini İran xalqına qarşı ədalətsiz siyasətini kompensasiya etməklə isbat edə bilər. Lakin indiyədək qarşı tərəfdən belə bir cəhdlər müşahidə olunmayıb. Ağ Ev nəinki Tehrana qarşı mövqeyini yumşaldır, əksinə, anti-İran siyasətini daha da artırır. Odur ki, hazırkı şərtlərlə ABŞ-la birbaşa danışıqlar mümkün deyil və bizimlə birbaşa danışıqlar təklifi, sadəcə, demaqogiyadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR