Dow Jones indeksi 1,3%, S&P 500 1,3%, Nasdaq 1,0% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,3%, Nasdaq 1,0% yüksəlib
# 28 fevral 2013 06:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 27-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 14 075 bəndədək, S&P 500 1,3% - 1 516 bəndədək, Nasdaq 1,0% - 3 162 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə makroiqtisadi göstəricilər təsir edib. Bura yanvarda təkrar mənzil bazarında başa çatdırılmamış əqdlərin sayının dekabr ayı ilə müqayisədə 4,5% artmasını da aid etmək olar. Bundan əlavə, investorlar Ben Bernankenin iqtisadiyyatın stimullaşdırılması tədbirlərinin artıq daşınmaz əmlak və avtomobil bazarına müsbət təsir göstərməsi barədə bəyanatına da diqqət yetiriblər.

Avropa fond bazarlarında fevralın 27-də FTSE 100 indeksi 0,9% - 6 326 bəndədək, Almaniya DAX-ı 1,0% - 7 676 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 692 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 596,8 dollara bərabər olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3135 (+0,6%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR