Şəki Baş Dövlət-Tarix Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilə bilər

Şəki Baş Dövlət-Tarix Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilə bilər
# 22 fevral 2013 09:06 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Şəki şəhəri Yuxarı Baş Dövlət-Tarix Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylı hazırlanıb. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev deyib. Nazir müavini bildirib ki, eyni zamanda “Atəşgah” məbədi və “Yanardağ” qoruqlarının birlikdə təbii mədəni irs nümunəsi kimi yaxın gələcəkdə Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üzrə işlər aparılır: “Mədəniyyət abidələrin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə ölkəmiz yalnız mədəni irsin təbliği imkanı əldə etmir, qoruqların fəaliyyətinin təkmilləşdirilməsi baxımından qabaqcıl mexanizmlərin tətbiqinə də nail olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR