Azərbaycan prezidenti akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycan prezidenti akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 27 aprel 2013 14:30 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı təntənəli mərasimdə nitq söyləyib.

Prezident İlham Əliyev bildirib Zərifə Əliyevanın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı müxtəlif tədbirlər keçirilib. Dövlət başçısı Zərifə Əliyevanın sözün əsl mənasında, böyük həkim olduğunu vurğulayıb.

Prezident İlham Əliyev onun Azərbaycan və dünya oftalmologiyasına verdiyi dəyərli töhfələrdən danışıb. Dövlət başçısı Zərifə xanımın açdığı və insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsal sahələrində tədqiqat aparan laboratoriyanın fəaliyyətindən bəhs edərək bildirib ki, alim kimi böyük zirvələrə yüksələn Zərifə xanımın əsərləri bu gün də əhəmiyyətini itirmir. Oftalmologiya sahəsində SSRİ-də ən yüksək Averbax mükafatına layiq görülən Zərifə xanımın fəaliyyəti ilk növbədə insan amilinə əsaslanıb.

Azərbaycan Prezidenti bildirib ki, Zərifə xanım ulu öndər Heydər Əliyevin həyat yoldaşı kimi hər zaman dahi siyasət xadiminin fəaliyyətinə dəstək olub. Yüksək mədəniyyətə sahib olan Zərifə Əliyeva bir çoxları üçün son ümid yerinə çevrilib. Prezident İlham Əliyev vurğulayıb ki, daim insanlara yardım etmək amalı ilə yaşayan Zərifə xanımın unudulmaz obrazı hər zaman əziz və doğma olaraq qalacaq: “Çünki Zərifə xanım əsl ziyalı idi və Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə təcəssüm etdirirdi. Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub”.

Dövlət başçısı nitqində son illərdə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən də danışaraq bildirib ki, son 10 ildə 500-dən çox tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunub. Bakıda və bölgələrdə zəruri tibb xidməti almaq üçün hər cür şərait yaradılıb. Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb.

“Bizim siyasətimizin mərkəzində insan amili - Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, gənc nəslin sağlam böyüməsi üçün mükəmməl tibbi xidmət olmalı, kadr potensialının artırılması istiqamətində tədbirlər görülməlidir.

Dövlət başçısı həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşdüyünü, qazanılan uğurların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Səhiyyə naziri Oqtay Şirəliyev akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin bu gün də böyük hörmət və ehtiramla xatırlandığını bildirib. Qeyd edib ki, Zərifə Əliyevanın elmi əsərləri, tədqiqatları yenə də aktualdır.

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasının rektoru Larisa Moşetova Zərifə Əliyevanın insan və alim kimi unudulmaz keyfiyyətlərindən danışdı, onunla birgə çalışdığı illəri xatırladıb.

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasının kafedra müdiri Alevtina Brovkina Zərifə Əliyevanı yaradıcı arzuların carçısı adlandırıb.

Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri Sunay Duman deyib ki, Zərifə Əliyevanın traxoma xəstəliyinin qarşısının alınması sahəsində göstərdiyi xidmətlər bu gün də elmi ictimaiyyət tərəfindən hörmətlə yad edilir.

Sonra akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Daha sonra Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR