Con Kerri: “ABŞ İranla ixtilafları aradan qaldırmaq əzmindədir”

Con Kerri: “ABŞ İranla ixtilafları aradan qaldırmaq əzmindədir”
# 23 mart 2013 16:08 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranla ABŞ arasında etimadsızlığı aradan qaldırmaq üçün yeni fürsət yaranıb”.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət katibi Con Kerri deyib.

O bildirib ki, ABŞ İranla ixtilafları aradan qaldırmaq əzmindədir: “Son 10 il ərzində Tehranla Ağ Ev arasında yaşanmış ağır tarixə baxmayaraq, bu gün ixtilafları azaltmaq üçün fürsət yaranıb. Bu fürsət ABŞ və İran xalqlarının xeyrinədir. Prezident Barak Obama da çıxışında bildirib ki, iki ölkə arasında ixtilafların həllinə və tərəflər arasında əlaqələrin başlanmasına əhəmiyyət veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR