İranda 100 milyardlarla barel həcmində neft yataqları kəşf edilib

İranda 100 milyardlarla barel həcmində neft yataqları kəşf edilib
# 24 fevral 2013 18:04 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda 2005-ci ildən bəri 110 milyard barel həcmində neft, 6 trilyon kubmetr həcmində isə təbii qaz yataqları kəşf edilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın neft nazirinin müavini Möhsün Höcəstə açıqlama verib.

Onun sözlərinə görə, İranın hasilat və ixracatı üçün 100 ilə yaxın neft ehtiyatı var: “İran OPEC ölkələri arasında ən böyük təbii qaz qaynaqlarına sahib ölkədir. Hazırda İranın hidrokarbonat ehtiyatları 800 milyard barel artıb”.

M. Höcəstə bildirib ki, İran neft və təbii qaz yataqlarına 150 milyard dollar sərmayə qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR