AMEA prezidenti: “İngilis dilini bilməyən gənc elmlə məşğul ola bilməz”

AMEA prezidenti: “İngilis dilini bilməyən gənc elmlə məşğul ola bilməz”
# 14 mart 2013 13:03 (UTC +04:00)

APA-nın xəbərinə görə, AMEA-nın Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə Akif Əlizadə deyib ki, ingilis dilini bilməmək gənc alimlər üçün böyük qüsurdur: “İngilis dilini bilməyən gənc elmlə məşğul ola bilməz. Mən həm Bakı Dövlət Universitetində, həm də Azərbaycan Dövlət Neft Akademiyasında diplom buraxılış komissiyalarının sədriyəm. Gənclərin əksəriyyəti nəinki ingilis, heç rus dilini də bilmirlər. Sözsüz ki, dövlət dilini bilmək vacibdir. Ancaq bu gün humanitar sahədə olmasa da, təbiət, texniki sahələr üzrə ədəbiyyatların çoxu rus dilindədir. O ədəbiyyatları oxuya bilməyən adam nə edə bilər?"

A.Əlizadə gənc alimləri aktiv olmağa çağırıb: “AMEA-nın institutlarında tələbələr də çalışmalıdırlar. Elm çox irəli gedir. Azərbaycanda gənc alimlərə böyük ehtiyac var. Hazırda AMEA üzvlərinin orta yaşı 60-65-70-ə çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR