Dirijor Əyyub Quliyev Türkiyənin Prezident Simfonik Orkestri ilə konsertlərlə çıxış edib - FOTO

Dirijor Əyyub Quliyev Türkiyənin Prezident Simfonik Orkestri ilə konsertlərlə çıxış edib - <span style="color: red;">FOTO
# 04 mart 2013 09:24 (UTC +04:00)

Bakı: Aygül Rzayeva - APA. Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev Türkiyənin ilk və ən qədim orkestri olan Prezident Simfonik Orkestri ilə konsertlərlə çıxış edib.

APA-nın məlumatına görə, konsertlər iki gün ərzində - fevralın 28-də və martın 1-də Ankaranın ən böyük konsert salonlarından olan “CSO Konsert Hall”da gerçəkləşib. Konsertin proqramına Azərbaycan və Qərb klassiklərinin ən məşhur simfonik və instrumental əsərləri daxil olub.

Qeyd edək ki, konsertdə səfir Faiq Bağırov başda olmaqla Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Türkiyənin tanınmış incəsənət və ictimai xadimləri ilə yanaşı, çox sayda sənətsevərlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR