Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi azalıb

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi azalıb
# 03 may 2013 14:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi ötən ilin analoji dövrünə nisbətən 3,6% azalaraq 3,2 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 62,2%-ni neft yükləri, 37,8%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.

Hesabat dövründə dəniz limanlarında 3,4 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 4,1% artım olub. İşlənmiş yüklərin 89,6%-ni təşkil edən beynəlxalq tranzit yüklərinin həcmi 5,8% artıb.

Qeyd edək ki, 2013-cü il aprelin 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 12,4 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 56,2% az idxal yüklərin qalığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR