Azərbaycan Təhsil Nazirliyi xarici ali təhsil müəssisələrinin diplomlarının tanınma qaydasını açıqlayıb

Azərbaycan Təhsil Nazirliyi xarici ali təhsil müəssisələrinin diplomlarının tanınma qaydasını açıqlayıb
# 19 sentyabr 2012 11:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov 6-cı Beynəlxalq “Təhsil və Karyera” sərgisinin açılışı ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, nazirlik Azərbaycan gənclərinin təhsil səviyyəsi daha yüksək olan və qəbul üçün daha ağıq şərtləri olan xarici təhsil müəssisələrində oxumasını istəyir: “Amma Azərbaycanın Təhsil Nazirliyi nə Ukraynanın, nə Böyük Britaniyanın, nə ABŞ-ın, nə də Gürcüstanın xarici ölkə vətəndaşlarını ali məktəbə qəbul qaydalarını dəyişməsində iddialı ola bilməz. Çünki hər ölkənin öz daxili qanunları var”.

Q.Novruzov xarici ölkələrdə təhsil almış vətəndaşlarımızın diplomlarının tanınma proseduruna da toxunub. Onun sözlərinə görə, beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var: “1996-cı ilin mayında imzalanmış, həmin ilin sentyabrında Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında konvensiya” iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunub. Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır”.

Q.Novruzov deyib ki, əgər bu şərtlər ödənilibsə, nazirliyin diplomu tanımamağa əsası yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR