Oqtay Gülalıyev azadlığa buraxılıb

Oqtay Gülalıyev azadlığa buraxılıb
# 13 iyun 2012 10:09 (UTC +04:00)
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin APA-ya verdiyi məlumata görə, onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, O. Gülalıyev Sabirabad rayonunun Minbaşı kəndinin bir qrup sakininin rayon Polis Şöbəsinə etdiyi müraciətdən sonra saxlanılıb. Kənd sakinləri polisə ünvanladığı şikayətdə bildiriblər ki, Oqtay Gülalıyev aprelin 8-də saat 13 radələrində kəndə gələrək onların ünvanına xoş olmayan ifadələr səsləndirib.

Ona qarşı Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaş) maddəsi ilə ittiham irəli sürülüb. Sabirabad rayon Məhkəməsi O. Gülalıyevin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR