Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 27 aprel 2012 06:43 (UTC +04:00)
Bakı – APA. Ermənistan Ordusunun bölmələri aprelin 26-da saat 17.15-dən 17.19-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, saat 10.30-dan 10.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 27-də saat 01.00-dan 01.30-dək Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR