İran səfirliyi Azərbaycan prezidentinin Ramazan bayramı münasibətilə keçirdiyi qəbula səfirliyin nümayəndəsinin qatılmamasına aydınlıq gətirib

İran səfirliyi Azərbaycan prezidentinin Ramazan bayramı münasibətilə keçirdiyi qəbula səfirliyin nümayəndəsinin qatılmamasına aydınlıq gətirib
# 14 avqust 2012 10:15 (UTC +04:00)
Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada səfirliyin nümayəndəsinin görüşə qatılmamasının səbəblərinə aydınlıq gətirilib. “Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycan prezidentinin mübarək Ramazan ayı münasibətilə müsəlman ölkələrin səfirləri və diplomatik nümayəndəliklərinin başçıları ilə görüşündə hazırlıqlara rəğmən İran İslam Respublikası səfirliyinin nümayəndəsinin iştirak edə bilməməsi bu görüşün vaxtının dəyişməsi ilə əlaqədar düzgün məlumatlandırmanın olmaması, texniki məsələlər, eləcə də lazımi əlaqələndirmə işlərinin aparılmaması ilə bağlı olub”, - deyə açıqlamada bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR