Moskvada Ermənistan media rəhbərləri ilə görüşən Azərbaycan nümayəndə heyətinin üzvü: ”Ermənistan tərəfi görüşlərdə Dağlıq Qarabağın da tərəf kimi iştirakını təklif etdi”

Moskvada Ermənistan media rəhbərləri ilə görüşən Azərbaycan nümayəndə heyətinin üzvü: ”Ermənistan tərəfi görüşlərdə Dağlıq Qarabağın da tərəf kimi iştirakını təklif etdi”
# 04 iyun 2012 16:10 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Moskvada Ermənistan və Azərbaycan KİV rəhbərlərinin görüşündə iştirak edən “Baku Post” qəzetinin baş redaktoru Tofiq Abbasov verib.

Onun sözlərinə görə, belə görüşlər sistemli xarakter daşımalıdır: “Fikir mübadiləsi aparmaq üçün yaxşı zəmin var. Son zamanlar iki ölkənin parlament nümayəndələri, nazirləri qarşılıqlı səfərlər edirlər. Belə görüşlər cəmiyyətlərdə olan gərginlik səngiyəcəyinə ümid yaradır. Ümidvaram ki, gələcəkdə belə görüşlər sistemli xarakter daşıyacaq və digər mətbuat nümayəndələri də bu müzakirələrə qatılacaqlar. Əsas məsələ görüşlərin formatı ilə bağlıdır. Ermənistan tərəfi təklif etdi ki, görüşlərdə Dağlıq Qarabağ da tərəf kimi iştirak etsin. Lakin biz bildirdik ki, Dağlıq Qarabağdan olan jurnalistlər görüşlərdə yalnız o şərtlə iştirak edə bilər ki, həmin görüşlər Qarabağ torpağında keçirilsin”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR