Şimali Qafqazda terrorçulara qarşı xüsusi əməliyyat keçirilib, 49 silahlı öldürülüb - FOTO

Şimali Qafqazda terrorçulara qarşı xüsusi əməliyyat keçirilib, 49 silahlı öldürülüb - <font color=red>FOTO</font>
# 22 oktyabr 2012 07:35 (UTC +04:00)
APA-nın Rusiya bürosunun məlumatına görə, əməliyyat nəticəsində 49 silahlı öldürülüb. Milli Antiterror Komitəsinin yaydığı məlumatda öldürülən terrorçulardan 9-un dəstə başçısı olduğu bildirilib.

Dağıstan və Kabardin-Balkar Respublikasında keçirilən əməliyyatlarda əməliyyat zamanı 30 silahlı tutulub, 20 silahlı isə könüllü olaraq təslim olub. Bundan başqa əməliyyat nəticəsində 30 əldəqayırma bomba, 10 kiloqram, partlayıcı maddə olan trotil, 109 avtomat, 350 mina və 19 min ədəd mərmi ələ keçirilib.

Qeyd edək ki, özünü Şimali Qafqazın əmiri elan edən Doku Umarov Rusiyada 2014-cü ildə keçiriləcək Olimpiya Oyunları zamanı terror törədəcəkləri ilə bağlı hökuməti təhdid edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR