«Bank of Baku» 8 Mart münasibətilə yeni kampaniyaya başlayır

«Bank of Baku» 8 Mart münasibətilə yeni kampaniyaya başlayır
# 01 mart 2012 08:02 (UTC +04:00)
Bakı - APA-Economics. «Bank of Baku» ASC qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımları üçün pul və istehlak kreditlərinə 4%-lik endirim elan edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 1-7 mart tarixləri arasında Azərbaycan vətəndaşı olan hər bir xanım istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 4%-lik endirim fürsətindən faydalana bilər (bu kampaniya avtomobil, ipoteka, əmanət və VİP kreditlərinə şamil edilmir).

İndi hər bir xanım 24 ay müddətinə, şərti olaraq 2000 manatlıq kredit götürürsə, onun aylıq ödəniləcək vəsaiti, yeni müştərilər üçün 110 manat, müsbət kredit tarixçəsi olan təkrar müştərilər üçün isə 106 manata bərabər olacaq. Kreditin ən yüksək həddi 5000 manatdır. «Azərbaycan qadınlarına dəyər və önəm verdiyini nümayiş etdirmək üçün “Bank of Baku” onlara belə bir hədiyyə etmək qərarına gəlib. Bunda məqsədimiz xanımlarımızın gündəlik tələbat və ehtiyaclarına cavab verməkdir. Qarşıdan gələn bayram münasibətilə hər bir Azərbaycan xanımını təbrik edən «Bank of Baku» onlara uğur və səadət diləyir. Beləliklə, indi hər bir Azərbaycan xanımı bu endirimdən yararlana bilər», - deyə Bankın Reklam və ictimaiyyətlə əlaqələr Departamentinin direktoru Nigar Qasımova bildirib.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. «Bank of Baku» istənilən sualı onlayn rejimdə də cavablandırmağa hazırdır. Bunun üçün www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi – www.facebook.com/bankofbaku.com-a baş çəkmək yetərlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR