Azərbaycanda anasını qumbara ilə hədələyən oğul zərərsizləşdirilib

Azərbaycanda anasını qumbara ilə hədələyən oğul zərərsizləşdirilib
# 31 may 2012 08:49 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Sabir Rəşid oğlu Məlikyeqanlı giriş qapısını içəridən bilərəkdən bağlayıb və anası - 1938-ci il təvəllüdlü Gülzar Hüseyn qızı Rzayevanın mənzildən çıxmasına imkan vermir.

S. Məlikyeqanlının üzərində əl qumbarasının olması ehtimalı barədə xilasedicilərə məlumat verilib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanının dəmir barmaqlıqlarını kəsərək, hüquq mühafizə orqanlarının əməkdaşlarının içəri daxil olmalarına şərait yaradıblar.

S. Məlikyeqanlı zərərsizləşdirilib, baxış zamanı fiziki təzyiqlərə məruz qaldığı müşahidə olunmuş G. Rzayevaya Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR