Ali Məhkəmənin plenum iclasında konkret cinayət və mülki işlərə baxılıb

Ali Məhkəmənin plenum iclasında konkret cinayət və mülki işlərə baxılıb
# 08 noyabr 2012 08:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var”. APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin plenum iclasında çıxış edən məhkəmənin sədri Ramiz Rzayev deyib.

R. Rzayev Azərbaycanda tibbi yardımın səviyyəsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, qanunvericilik bazasının təkmilləşdirildiyini deyib: “Cinayət qanunvericiliyində cinayət əməlini anlaqsız vəziyyətdə törədən , cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş , həmçinin alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən və müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi müalicə tədbirlərinin təyin edilməsi nəzərdə tutulub. Həmçinin həbs edilmiş vətəndaşların büdcə vəsaiti hesabına ambulatoriya və stasionar şəraitində tibbi yardım almaq hüquqları vardır”.

Plenumda “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında ” məsələ müzakirə olunub. İclasda müəyyən edilib ki, məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqində qanunvericilik normalarına əsasən əməl edilsə də , bəzi qanun pozuntularına da yol verilib.

Plenum tibbi xarakterli məcburi tədbirlərin məhkəmələr tərəfindən düzgün tətbiq olunmasını , vahid məhkəmə təcrübəsinin formallaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul edib.

Plenum “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında ” məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən, Cinayət və Cinayət- Prosessual Məcəllələrə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini də qərara alıb.

Plenumda həmçinin konkret cinayət və mülki işlərə də baxılıb.

Plenumda ədliyyə naziri Fikrət Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, baş prokuror Zakir Qaralaov da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR