Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib, 5 nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib, 5 nəfər xəstəxanaya yerləşdirilib
# 13 avqust 2012 10:29 (UTC +04:00)
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 12-də saat 19.00 radələrində Yevlax rayonundakı Kəlbəcər rayon sakinlərinin yaşadıqları Təmir Tikinti İdarəsinin İnzibati binasında yanğın baş verib. Nəticədə binanın yanar konstruksiyaları yanıb, tüstüdən zəhərlənmiş 5 nəfər Kəlbəcər rayon sakinləri xəstəxanaya yerləşdirilib. Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR