Hələbdə küçə döyüşləri davam edir

Hələbdə küçə döyüşləri davam edir
# 13 avqust 2012 19:57 (UTC +04:00)
Bakı-APA. Suriya ordusu Hələbdə küçə döyüşləri aparır. Bu barədə «Suriya əl-Ən» agentliyi məlumat yayıb. Agentlik şəhərin Sukkari və Seyf-əd-Dövlə rayonlarında onlarla qiyamçının məhv edildiyini və ələ keçirildiyini bildirib.

Məlumata görə, Cubb-əl-Qübbə və Masakin Hannano rayonlarında şiddətli döyüşlər gedir. Şəhərin Məşhəd və Səlahəddin rayonları təhlükəsiz elan olunub, burada yaşayan sakinlər evlərinə qayıdırlar.

Hökumət qoşunları və müxalif «Azad Suriya ordusu»nun döyüşçüləri arasında döyüşlər Hələb ətrafında, Dəməşqə gedən yolda da davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR