«ABB-Gürcüstan»ın aktivləri 40% artıb

«ABB-Gürcüstan»ın aktivləri 40% artıb
# 07 avqust 2012 12:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan «ABB-Gürcüstan»ın aktivləri 2012-ci il iyulun 1-nə 86,7 mln. lari (41,4 mln. manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 40% çoxdur. ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bankın kredit portfeli son bir ildə 69,5% artaraq 66,9 mln. lariyə (32 mln. manat) çatıb.

Bankın məlumatına görə, müştərilərin sayının artması tendensiyası qorunub. Belə ki, bankın hüquqi və fiziki şəxs olan müştərilərinin sayı 2012-ci il iyulun 1-nə 1 379 təşkil edib (son bir il ərzində artım 59,6%). Bankın depozit portfeli 25% artaraq 53,3 mln. lari 25,5 mln. manat) təşkil edib.

Bankın xalis mənfəəti 2012-ci il iyulun 1-nə 1,4 mln. lari (669 min manat) səviyyəsində olub. Bu ilin iyulun 1-nə bankın nizamnamə kapitalı 22,7 mln. lari (10,85 mln. manat) təşkil edib.

Qeyd edək ki, «Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan» SC 2006-cı ildə
dövlət və vergi qeydiyyatından keçib, 2007-ci ilin fevralında Gürcüstan Milli Bankı «ABB-Gürcüstan»a bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziya verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR