Londonda neft bahalaşıb, Nyu-Yorkda isə ucuzlaşıb

Londonda neft bahalaşıb, Nyu-Yorkda isə ucuzlaşıb
# 06 iyul 2012 07:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İyulun 5-də dünya bazarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

APA-Economics”in “Bloomberg” agentliyinə istinadən məlumatına görə, London birjasında (ISE - InterContinental Exchange Futures) “Brent” markalı neftin bir barelinin qiyməti 0,93 dollar artaraq 100,7 dollara qalxıb.

Nyu-York birjasında isə (NYMEX - New York Merchantile Exchange) Amerikanın «Light Sweet Crude Oil» markalı nefti 44 sent ucuzlaşaraq 87,22 dollara satılıb. Neftin qiymətinə Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin Avropadakı iqtisadi vəziyyətin hələ də mürəkkəb olması barədə bəyanatı, eləcə də işçilərini tətili ilə əlaqədar olaraq Norveçin «Statoil» şirkətinin dənizdə neft hasilatını dayandırması təsir edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR