Hacıqabulda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO

Hacıqabulda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - <font color=red>FOTO</font>
# 31 iyul 2012 08:59 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 31-də səhər saatlarında Bakı-Qazax yolunun 93-cü kilometrliyində, Nəvahi kəndi ərazisində Rəncbər kənd sakini, 60 yaşlı Vadər Hüseynovun idarə etdiyi “Toyota Land Cruzer” markalı, 10 UP 030 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı, 1962-ci il təvəllüdlü Zemfira Mühüddin qızı Hüseynova, 1978-ci il təvəllüdlü Vüqar Tofiq oğlu Süleymanov və 1985-ci il təvəllüdlü Süleymanova Dünya Aslan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı BDYPİ-nin istintaq idarəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR