Milli Tarix Muzeyində IV Beynəlxalq Əl Toxumaları (tekstil) və Ənənəvi Sənətlər Konqresinin açılış mərasimi keçirilib

Milli Tarix Muzeyində IV Beynəlxalq Əl Toxumaları (tekstil) və Ənənəvi Sənətlər Konqresinin açılış mərasimi keçirilib
# 03 oktyabr 2012 11:23 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Tarix Muzeyində IV Beynəlxalq Əl Toxumaları (tekstil) və Ənənəvi Sənətlər Konqresinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, konqres Milli tarix Muzeyinin, Türkiyənin Səlcuq Universiteti və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbir çərçivəsində muzeyin silah kolleksiyasından ibarət “Torpağa sancılmış qılınc” adlı sərgi də təşkil olunub.

Açılış mərasimində çıxış edən Tarix Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlı bildirib ki, konqres üç gün davam edəcək. Konqresin keçirilməsində əsas məqsəd nəsillərdən bəri yaşayan ənənəvi sənət nümunələrini gələcək nəsillərə çatdırmaqdır. Üç gün müddətində Türkiyədən gəlmiş sənət və elm adamları konqresdə müxtəlif məruzələrlə çıxış edəcəklər.

Konqresdə Türkiyədən gəlmiş Əhmət Aytac, Bəkir Dəniz, Öznur Aydın, Aysen Soysaldı və başqaları çıxış ediblər. Qonaqlar konqresin doğma ölkədə keçirilməsindən məmnunluqlarını bildiriblər və üç günlük tədbirin işinə uğurlar arzulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR