Elman Abdullayev: “Suriyadakı səfirliyimizin və səfirlik əməkdaşlarının evakuasiya ilə bağlı heç bir göstəriş yoxdur”

Elman Abdullayev: “Suriyadakı səfirliyimizin və səfirlik əməkdaşlarının evakuasiya ilə bağlı heç bir göstəriş yoxdur”
# 25 iyun 2012 11:35 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

O səfirliyin öz fəaliyyətini normal rejimdə davam etdirdiyini deyib: “Hazırda səfirliyin və əməkdaşlarımızın evakuasiyası ilə bağlı heç bir göstəriş yoxdur. İyunun 10-dək səfirliyimizdə 60 Azərbaycan vətəndaşı qeydiyyatda olub, onlardan 26 nəfər tələbə, 34 nəfər onların ailə üzvləridir. Səfirliyimizin əməkdaşları hər cümə və şənbə günləri onlarla əlaqə saxlayırlar”.

Xatırladaq ki, bu il Suriyadakı iğtişaşlarla əlaqədar 40-a yaxın Azərbaycan vətəndaşı bu ölkəni tərk edərək Vtənə qayıdıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR