Kristian Dolezal: «Nabucco» siyasi layihə deyil»

Kristian Dolezal: «Nabucco» siyasi layihə deyil»
# 23 iyul 2012 10:35 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə müsahibəsində “Nabucco Gas Pipeline International GmbH” konsorsiumunun sözçüsü Kristian Dolezal bildirib.

Avropa Birliyi və Avropa komissiyasının layihəyə ciddi dəstək verdiyini deyən K.Dolezal qeyd edib ki, səbəb bu layihənin Avropanın ümumi enerji təhlükəsizliyinə uyğun gəlməsidir: «Nabucco» Rumıniya, Bolqarıstan və Macarıstanı əhatə edən “Cənub dəhlizi”nin bir hissəsidir. Bu layihə böyük Türkiyə bazarını Avropa bazarı ilə birləşdirməyə imkanı verəcək. Avropa Komissiyası bu layihəni ona görə dəstəkləyir ki, bu, Avropaya qaz nəqlini şaxələndirir».

Bununla yanaşı, K.Dolezal bildirib ki, “Nabucco” layihəsi iqtisadi cəhətdən də özünü doğruldur: «Nabucco» iqtisadi layihədir. Əks halda, investorlar ona vəsait yatırmazlar. Biz biznesmenlərik və siyasətlə məşğul olmuruq. Amma nəzərə alsaq ki, bu layihəyə bir neçə ölkə cəlb olunub, bunun üçün müəyyən siyasi dəstək tələb olunur. Əlbəttə ki, energetika və enerji siyasəti anlayışlarını bir-birindən ayıra bilmərik, onlar daima yanaşıdırlar. Layihə üçün siyasi dəstək də çox mühümdür. Biz qarşıdakı 10-15 il ərzində investisiya yatırımları baxımından dəqiq mənzərəni görməliyik, bunun üçün isə siyasi sabitlik olmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR