Azərbaycan alpinistləri Pamir dağında 7495 metr yüksəkliyə qalxıblar

Azərbaycan alpinistləri Pamir dağında 7495 metr yüksəkliyə qalxıblar
# 20 avqust 2012 10:28 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan alpinistləri Sirxan Məmmədov, Firuz Dadaşov və Rüfət Qocayev 7495 metr yüksəkliyə - İsmayıl Somoni zirvəsinə qalxaraq orada Azərbaycan bayrağını qaldırıblar.

Ekspedisiya dəyişkən hava şəraitində həyata keçirilib. Alpinistlər güclü küləyə və qara baxmayaraq zirvəyə qalxa biliblər.

Ekspedisiya Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu və Azərbaycan Alpinizm Federasiyasının birgə layihəsi çərçivəsində təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR